Daxili İşlər Nazirliyi vətəndaş tərəfindən onlara ünvanlanmış minnətdarlıq məktubunu dərc edib. Bu, örnək və təqdirəlayiq hadisədir. Minnətdarlıq məktubunda deyilir:
Salam. Yanvarın 15-də saat 11:40 radələrində 99-YP-277 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobilində xidmət aparan əməkdaşların xəstə uşağın “Koroğlu” metrostansiyasından uşaq xəstəxanasına çatdırılmasında göstərdikləri peşəkar köməklik sayəsində 1 yaşında körpənin həyatı xilas edilib. Polis əməkdaşlarınln adlarını öyrənə bilmədim. Həmin əməkdaşlara dərin minnətdarlığımı bildirirəm”.