Təxliyə təyyarəsi Ankarada hava limanına enib

Yeni növ koronavirus epidemiyasının yayıldığı Çinin Uhan  şəhərindən Türkiyə vətəndaşlarının təxliyə əməliyyatı sona çatıb.

Türkiyə Hərbi Hava Qüvvələrinə aid xüsusi təchizatlı A400M yük təyyarəsi Ankarada Etimesgut Hava limanına enib. Hazırda təyyarədən yüklərin boşaldılması və  insanların karantin yerlərinə nəqli üçün hazırlıq gedir. Hava limanında onlarla xüsusi təcili yardım avtomobili var. Virusun hər hansı  yolla Türkiyəyə  keçməsini önləmək üçün zəruri tədbirlər görülür.

Türkiyə Səhiyyə naziri Fəxrəddin Kocanın açıqladığı məlumata görə, təxliyə olunan insanların heç birində koronavirus əlamətlərinə rast gəlinməyib. Onlar təyyarəyə mindirilməzdən öncə müayinədən keçiriliblər. Buna rəğmən  təyyarə heyəti də daxil 62 nəfər karantinə alınacaq.

Nazir  təxliyə olunanlardan 32  nəfərin Türkiyə,   6-nın  Azərbaycan, 3-nün Gürcüstan və 1-nin Albaniya vətəndaşı olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir