“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatına start verilib

“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatına üzvlük üçün qeydiyyat başlayıb

Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının formalaşması prosesinə start verir.

Yaradıcılıq sahələrinin spesifik özəlliyi nəzərə alınmaqla, mühüm addımlardan biri kimi yaradıcılığın müxtəlif sahələrində nailiyyətlər qazanmış, böyük təcrübə sahibi olan yaşlı nəslin tanınmış nümayəndələrinin könüllü əsaslarla öz təcrübələrini bölüşmələri üçün xüsusi proqramların hazırlanması da nəzərdə tutulur:

“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatında iştirak üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hərəkatın özünəməxsusluğu və fərqliliyi burada təmsil olunan könüllülərin yaradıcılığın müxtəlif istiqamətləri üzrə (yazıçı, şair, rəssam, musiqiçi, sənətkar, dizayner, memar, kinematoqraf, fotoqraf, createch mütəxəssisi və s.) yaradıcı qabiliyyətə və istedada malik olmalarıdır”.

Bu Hərəkat gələcək könüllülərə peşəkar inkişafa, Nazirliyin genişmiqyaslı fəaliyyətində yaxından iştirak etməyə, ölkəmizdə yaradıcı sənayelərin inkişafına yönəlmiş “Kreativ Azərbaycan” prosesinin bir hissəsi olmağa, eləcə də yaradıcı təhsil sisteminin təkmilləşməsinə töhfə verməyə böyük imkan yaradacaqdır.

Onu da qeyd etmək lazımdır ki, “Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və dəstək işlərinin aparılması üçün 2019-cu ildə yaradılıb. Portalda şəbəkələşmə imkanları, müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub.

“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatına üzv olmaq üçün 4 mart 2020-ci il tarixindən etibarən qeydiyyata start verilir.

Qeydiyyat üçün son tarix 31 mart 2020-ci ildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir