Vatikanda ilk yoluxma təsbit edilib

 Vatikanda koronavirus aşkarlandı

Xristian dünyasının mərkəzində – Vatikanda koronavirusa ilk yoluxma faktı aşkarlanıb.

RİA “Novosti” xəbər verir ki, bunu jurnalistlərə Vatikan rəsmisi Matteo Bruni açıqlayıb.

Onun sözlərinə görə, ötən gün bir pasiyentdən alınan analizin nəticələri pozitiv çıxıb.

Hazırda epidemiya 94 ölkə və regionu əhatə edir. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 835-ə çatıb. Bunların 55 805 nəfəri sağalıb, 3 390 nəfəri isə həyatını itirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir