İspaniya Baş Nazirinin xanımı koronavirusa yoluxub

 İspaniya baş nazirinin həyat yoldaşında koronavirus aşkarlandı

İspaniyanın Baş Naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes koronavirusa yoluxub.

“TASS” xəbər verir ki, bu barədə məlumatı ölkənin nazirlər kabinetinin mətbuat xidməti yayıb.

Monkloa sarayında baş nazirə yaxın olan insanlardan analizlər götürülüb və onun həyat yoldaşı Beqonya Qomesdə müsbət nəticə çıxıb. Beqonya Qomes və hökumət başçısının vəziyyəti normaldır. Onlar sarayda qalmaqda davam edir və daim səhiyyə orqanları tərəfindən müəyyən edilmiş profilaktik tədbirlərə əməl edirlər”.

, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir