AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqada çıxış edən “Premier” komandasını çempionatdan kənarlaşdırıb.
Buna səbəb Quba təmsilçisinin mövsüm əzrində üçüncü dəfə texniki məğubiyyət alması olub. Sonuncu dəfə EKOL-la görüşdə meydana çıxmayan komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
Bundan başqa “Premier” Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Red Line” ilə ilk oyununa da çıxmayıb və eyni hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.