Entoni Blinken və David Zalkaliani
Gürcüstanın xarici işlər naziri David Zalkaliani və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN başçısı tvitter hesabında məlumat verib.
O, söhbət zamanı Gürcüstan və bölgədə təhlükəsizlik, ABŞ-la strateji tərəfdaşlıq və Gürcüstanda demokratik konsolidasiya məsələlərinin müzakirə olunduğunu bildirib.
“ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü, həmçinin Avroatlantik strukturlara inteqrasiyasına qətiyyətli dəstəyi mühüm əhəmiyyət kəsb edir. Biz tərəfdaşlığın daha da gücləndirilməsi üçün Bayden administrasiyası ilə sıx əməkdaşlığa ümid edirik”, – D.Zalkaliani yazıb.