Son 24 saatda Türkiyədə aparılan 253.382 test müayinəsi nəticəsində 22 min 388 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2401-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 304 nəfər vəfat edib. 37 min 298 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 3378 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,2%-dir.
Ölkədə indiyədək ümumilikdə 4 milyon 977 min 982 yoluxma, 42 min 187 insan itkisi və 4 milyon 626 min 799 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 48.712.606 COVID-19 test müayinəsi aparılıb.