Çexiya Avropa İttifaqından əlavə peyvənd istəyəcək

Çexiya Avropa İttifaqından əlavə peyvənd istəyəcək

Çexiyanın Baş naziri Andrey Babiş Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula fon der Lyayendən ölkəyə iyun ayında mövcud razılaşmalarda nəzərdə tutulandan daha çox koronavirus əleyhinə peyvənd verilməsini xahiş edəcək.

“Report” “Çex” radiosuna istinadən xəbər verir ki, siyasətçi bunu Porto şəhərində Avropa Şurasının qeyri-rəsmi sammitinin ilk günü bitdikdən sonra söyləyib.

Sədrdən iyun ayında daha çox peyvənd verilməsini xahiş edəcəyəm. Bu, indi bizim üçün çox vacibdir”, – deyə Baş nazir bildirib.

Qeyd edək ki, Çexiyada bu günə qədər 2 463 743 şəxsə vaksin vurulub. Ölkədə “PfizerBioNTech”, “Moderna”, “Johnson & Johnson”, eləcə də “AstraZeneca” şirkəti tərəfindən istehsal olunan peyvəndlərdən istifadə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.