OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1 720 nəfər müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 16 nəfər çox təəssüf ki, vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 326 min 056 nəfər yeni növ koronavirusa yoluxub. Yoluxanlardan 304 min 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 810 nəfərdir.
Azərbaycanda son gün ərzində 10 244, hazırkı dövrədək isə 3 321 511 test aparılıb.