Millimizin futbolçusu het-trik edib, komandası məğlub olub

Millimizin futbolçusu het-trik etdi, komandası darmadağın oldu

Dmitri Nazarov

Almaniyanın II Bundesliqasında XXXII turun oyunları keçirilir.

“Report”un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ertsgebirge” klubu evdə “Paderborn”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:8 hesablı məğlubiyyəti ilə sona çatıb.

Aue təmsilçisinin heyətində hər 3 qolu Nazarov vurub. O, 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. 31 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra “Ertsgebirge” 41 xalla 11-ci pillədə qalıb. Xallarını 46-ya çatdıran “Paderborn” isə 8-ci pilləyə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir