İlham Əliyev Ordubad dəmiryolu stansiyasında görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmiryolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına stansiya barədə məlumat verib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri dəmiryolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmiryolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmiryolu nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmiryolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Stansiyanın 2-ci qəbul-göndərmə yolu, sərnişin platformaları da yenilənib.

Mənbə: president.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir