İspaniya yığması müdafiəçisini milliləşdirib

İspaniya yığması Fransada doğulmuş müdafiəçini milliləşdirdi

Emerik Laport

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Emerik Laport İspaniya vətəndaşlığı alma prosesini yekunlaşdırıb.

“Report”un “Marca”ya istinadən məlumatına görə, 26 yaşlı müdafiəçi qarşıdakı Avropa çempionatında İspaniya millisinə kömək edə biləcək. O, Fransada doğulsa da, milliyyətcə baskdır. “Mançester Siti”yə keçənədək Laport “Atletik”in formasını geyinib. Gənc yaşlarında isə Laport Fransanın aşağı yaş qrupları üzrə yığmasında çıxış edib.

Qeyd edək ki, 11 iyun – 11 iyulda keçiriləcək Avropa çempionatında İspaniya yığması Polşa, Slovakiya və İsveçlə eyni qrupda yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir