Çin: qasırğa 7 nəfərin həyatına son qoyub

Çində qasırğa zamanı 7 nəfər həlak olub, yüzlərlə xəsarət alan var

Çinin Hubey əyalətinin Uhan şəhərində qasırğa nəticəsində azı 6 nəfər həlak olub, 218 insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb.

Daha əvvəl “Sinxua” agentliyi bildirib ki, qasırğalı küləyin sürəti saniyədə 23,9 metrə çatıb. Qasırğa binalara zərər vurub, ağacları yıxıb.

Qasırğa səbəbindən Szyansu əyalətində 1 nəfər həlak olub, daha 21 nəfər zərər çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir