Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb

Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bütün xarici aviaşirkətlər təhlükəsizlik səbəbi ilə İsrailə uçuşları dayandırıblar.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, İsrailə uçuşları dayandıran son aviaşirkətlərdən biri Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur.

Xatırladaq ki, Qəzza sektorunda İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir