“Beşiktaş” və “Antalyaspor” komandaları arasında keçiriləcək Türkiyə Kubokunun finalında azarkeşlərin iştirakı ilə bağlı qərarda dəyişiklik edilib.
“Report” “Antalyaspor”un rəsmi saytına istinadən xəbər verir ki, oyun azarkeşsiz keçiriləcək.
Daha əvvəl Çempionlar Liqasının final matçı İstanbulda olacağı üçün ölkə kubokunun həlledici görüşündə də stadion tutumunun 1/3 hissəsi həcmində fanatların iştirakına razılıq verilmişdi. Lakin sonradan UEFA finalı qonşu ölkədən alaraq Portuqaliyaya verdiyi üçün bu icazə ləğv olunub.
Qeyd edək ki, mayın 18-də İzmirdəki “Göztepe Gürsel Aksel” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.