“Beşiktaş” komandası futbol üzrə Türkiyə Kubokunda 2020/2021 mövsümünün qalibi olub.
“Report”un məlumatına görə, “qartallar” finalda “Antalyaspor”un məğlubiyyətə uğradıb – 2:0. Qolları 3-cü dəqiqədə Xozef Souza və 30-cu dəqiqədə Valentin Rozyo vurub.
- Beləliklə, “Beşiktaş” tarixində 10-cu dəfə Türkiyə Kubokunu qazanıb.
“Ağ-qaralar” həm də 2009-cu ildən sonra ilk dəfə “qızıl dubl” edib. Hazırda Sergen Yalçının baş məşqçi olduğu komanda mayın 15-də Türkiyə çempionluğuna sahib olub.