COVİD-19: Azərbaycanda ötən günün epidemioloji statistikası

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 min 040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 317 min 609 nəfər müalicə olunaraq sağalıb, 4 814 nəfər vəfat edib. 8 617 nəfər aktiv koronavirus xəstəsi var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 568, bu günə qədər isə cəmi 3 milyon 414 min 614 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir