Son 24 saatda Türkiyədə aparılan 218.683 test müayinəsi nəticəsində 11 min 553 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 902-si aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 233 nəfər vəfat edib. 9 min 271 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2162 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3.2%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 151 min 038 yoluxma, 45 min 419 insan itkisi və 4 milyon 980 min 516 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 51.512.691 COVID-19 test müayinəsi aparılıb.