Azərbaycan Kuboku: final oyununun təyinatları açıqlanıb

Azərbaycan Kubokunun final görüşünün bütün təyinatları müəyyənləşib.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, mayın 24-də “Bank Respublika Arena”da “Keşlə” və “Sumqayıt” komandaları arasında keçiriləcək görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqasında son turun “Neftçi” – “Qarabağ” matçının baş hakimi olmuş digər beynəlxalq dərəcəli hakim Elçin Məsiyev bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

24 may (bazar ertəsi)

19:30. Keşlə” – “Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Ehtiyat köməkçi hakim: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Bank Respublika Arena”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.