Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 387 600 bülleten çap ediləcək

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.

Məsələ səsverməyə çıxarılıb və 2020-ci il fevralın 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir