Azərbaycana 100 ədəd elektriklə işləyən yeni model taksi maşınları gətirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib, nəqliyyat və  rabitə məsələlərinə toxunub.  Eyni zamanda  Bakı və digər şəhərlərdə taksi xismətinin vəziyyəti ilə maraqlanıb.  Prezidentin sualına cavabında nazir R. Quluzadə yaxın zamanda ölkəyə 100 ədəd elektriklə işləyən yeni model “London taksisi” gətiriləcəyi haqqında məlumat verib:

 Bu sualla bağlı qeyd etmək istərdim ki, Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.