“Zirə”nin baş məşqçisi: “Qırmızı vərəqə alan futbolçularımıza qarşı tədbir gördük”

 "Zirə"nin baş məşqçisi: "Qırmızı vərəqə alan futbolçularımıza qarşı tədbir gördük"

“Zirə” komandası Azərbaycan Premyer Liqasının XVII turunda evdə “Qarabağ”a qarşı keçirəcəyi oyuna da futbolçu məhdudiyyəti ilə çıxacaq.

Qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimovun “Report”a verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi Şafik Tiqruca zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacaq.

Bundan başqa ötən tur səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə alan İlkin Muradov və Ağabala Ramazanov da komandaya kömək edə bilməyəcək. Həşimov klub daxilində iclasın olduğunu və hər iki oyunçu ilə bağlı lazımi tədbirin görüldüyünü diqqətə çatdırıb.

Zədəsini sağaldan Orxan Sadıqlı isə sıraya dönüb.

Qeyd edək ki, fevralın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir