İstanbulda bina çöküb

İstanbul Bağçalıevlər rayonundakı yaşayış zonalarından birində  bina çöküb. Hadisə yerinə xilasedicilər və tibbi yardım briqadaları göndərilib.

İlkin məlumata görə, çökən bina 4 mərtəbəli və  qəzalı vəziyyətdə olub. Bu səbəbdən boşaldılıbmış.

Bununla belə, Binanın çökərkən qismən qonşu binalardan birini  zədələnməsi, eləcə də ətrafından keçən insanların olduğunu nəzərə alaraq dağıntıların altında insanların qalıb-qalmadığı hələ dədiqləşməyib.

Məhəllə sakinlərinin məlumatına görə, bina boş, istismarı qadağan olsa da, zirsəmisindən istifadə edən olub. Amma xoşbəxtlikdən bina çökərkən onlar orada deyilmişlər.

Lakin dağıntılar altında bir nəfərin qaldığı şübhəsi ilə axtarşlar aparılır.

Eyni zamanda ətrafdakı təhlükəsizlik kameralarının qeydləri əsasında dağıntı zamanı həndəvərdə  insanların olub-olmaması dəqiqləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir