Klimancaroda Azərbaycan və Türkiyə bayraqları dalğalanır

 

SOCAR-ın yaydığı məlumata görə, Afrikanın ən yüksək zirvəsi olan Klimancaroda Azərbaycan və Türkiyə bayraqları dalğalanır.

“SOCAR Türkiyə”nin aktivlərindən olan “Petkim” neft-kimya kompleksində çalışanlar, eləcə də neft-qaz sənayesi  təqaüdçülərindən ibarət qrup bu zirvəni fəth edərək  illərdir qurduqları xəyalı gerçəkləşdiriblər.

Xatırladaq ki, Klimancaro  Şərqi Afrikada, Tanzaniyanın şimal-şərqində yerləşir və qitənin  dəniz səviyyəsindən 5895 metr olmaqla ən yüksək  zirvəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir