ABŞ desantları Estoniyada keçirilən “Swift Response” təlimlərində uğursuz enmə nəticəsində xəsarət alıblar.
“Report” xəbər verir ki, bu barədə “Postimees” nəşri bildirib.
KİV-in məlumatına görə, Nurmsi Yarvask aerodromuna Birləşmiş Ştatlar ordusunun 82-ci hava-desant diviziyasının 600 paraşütçüsü atılıb. Onlardan 10-u uğursuz enmə nəticəsində xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
ABŞ-ın Tallindəki səfirliyinin mətbuat attaşesi Mark Neylor hadisəni təsdiqləyib. O əlavə edib ki, bu, hava əməliyyatlarının adi hissəsidir. Mark Neylorun sözlərinə görə, xəsarətlərdən heç biri həyat üçün təhlükəli deyil.
“Swift Response” manevrlərinin aktiv hissəsi mayın 5-də yaylım atəşi sistemlərinin atışlarından sonra başlanıb.