“Avroviziya-2021”: İtaliya müsabiqənin qalibi olub – VİDEO

Niderlandın Rotterdam şəhərində “Ahoy” arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.

İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin “Zitti e buoni” mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.

Beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə üçüncü olub.

Finala Azərbaycan, Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino təmsilçiləri qatılıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında “Mata Hari” mahnısını ifa edib. Samirə Əfəndi müsabiqəni 20-ci sırada başa vurub.

Builki müsabiqəyə ümumilikdə 39 ölkə qatılıb.

***

23:05

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin final yarışması başlayıb.

Final mərhələsində Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edir.

Müsabiqədə Azərbaycanı təmsil edən Samirə Əfəndi birinci yarımfinalda “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edəcək.

Bu, sayca 65-ci müsabiqədir. Ötən il “Avroviziya” mahnı müsabiqəsi pandemiya səbəbindən təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir