Bakı Şəhər Halqası ilə “Formula 1” Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.

Müqaviləyə A.Rəhimovla “Formula 1 Group” şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.

Gənclər və idman naziri Azad Rəhimov açıqladığı məlumataə görə, yeni sözləşmənin müddəti 2023-cü ilə qədərdir.

Xatırladq ki, ilk  anlaşma 2020-ci ilədək idi.

Azərbaycan Qran-prisi 2016-cı ildən “Formula 1″in təqviminə daxil edilib . Builki Qran-pri 28 – 30 apreldə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir