Fərhad Əhmədovun dünən Adəm adlı oğlu olub (foto/video)

Fərhad Əhmədovun  dünən oğlu  olub. O, bu barədə rəsmi sosial səhifəsində özü (rusca) məlumat verib:

Dünən ailəmizdə bundan daha vacib olmayan hadisə baş verib. Bizim oğlumuz doğulub! Bu, həkimlərin vəd etdiyindən bir qədər erkən baş verib. Amma, şükür Allaha, hər şey uğurlu olub. Körpə möhtəşəmdir. Həyat yoldaşım özünü yaxşı hiss edir. Onunla bizim böyük  övladlarımız Süleyman və  Ariya qardaşlarından  çox məmnundurlar. Bütün ailəmiz xoşbəxtdir. Allah bizə bu sevinci bəxş etdi.

Həyat yoldaşımla biz qərara gəldik ki, ona Adəm adı verək. Bu ada hamı hörmətlə yanaşır və özündə bütün insanlığı ehtiva edir. Adəm birinci peyğəmbər kimi müsəlmanlar tərəfindən hörmətlə qəbul olunur və xristianlar müqəddəslərinə  bərabər tutur.

Sizin hamınıza  sülh şəraitində güvən və sevincli gələcək arzulayıram. Mən elə xoşbəxtəm ki!

 

Fərhad Əhmədov izləyiciləri ilə ailə şəkillərini, daha sonra lüks yaxtada ailə şənliyindən kiçik video parçalar paylaşıb.

Xatırladaq ki, Fərhad Əhmədov əslən Azərbaycanın Göyçay rayonundandır. 1955-ci ildə anadan olub. 15 yaşında Moskvaya gedib və fəhləlikdən milyarderliyə qədər yüksəlib. “Forbes”in bir neçə il öncəki məlumatına əsasən, kapitalı 1,3 milyard dollardır.

O, əvvəlki həyat yoldaşından qalmaqallı boşanma işi ilə dünya mediasının gündəmində olub.

Qeyd edək ki, Fərhad Əhmədovun hazırki həyat yoldaşının atasının adı  Adəmdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir