Bunu sionist ailədə böyümüş bir yəhudi yazar deyib…
ABŞ Prezidenti “Əsrin anlaşması” adlandırdığı Fələstin məsələsinə dair planı bu gün açıqlayacağını bildirib. Detalları bəlli olmasa da, artıq bir çox ekspertlər bu planın İsrail tərəfindən Fələstin torpaqlarının işğalının və zülmünün rəsmiləşdirilməsinə təşəbbüs kimi dəyərləndiriblər.
Fələstinlilər bu planla Fələstinin axırına çıxılacağı qənaətindədirlər. Bu barədə danışan Fələstinin Baş Naziri Məhəmməd İştiyyə deyib:
Bunu rədd edir, beynəlxalq aləmi bu plana qoşulmamağa çağırırıq. Çünki bu, beynəlxalq hüquqa və Fələstinin haqlarına ziddir”.
Yəhudilər arasında da bu məsələyə münasibət birmənalı deyil.
İctimai fəal olan yazıçı Miko Peled adlı yəhudi bu planı “hiyləgərlik” adlandırıb. Onun qənaətinə görə, əslində, plan İsrailin Fələstin üzərində nəzarətini artırmaq, yeni ərazilər ələ keçirməkdir.
Miko Peled 1967-ci ildə İsrail-Ərəb müharibəsində iştirak etmiş bir yəhudi generalın oğludur. O, fələstinlilərin hüquqlarının qorunması uğrunda ictimai fəaliyyət göstərir.
Miko Peled “Yəhudiliklə sionizmin eyniləşdirilməsinə” qarşıdır, onun fikrincə, “İsrail Holokostun nəticəsi deyil”.
Yazıçı bunun üzərindən Fələstin məsələsinə də münasibət bildirib:
Məncə məsum fələstinlilərin cəsədlərinin gömüldüyü oğurluq torpaqlarda Holokostu anmaq böyük xətadır”.