Nümunəvi davranış, amma…

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə,  ötən gün 3 nömrəli müntəzəm marşrut xətt avtobuslarından birində notbuk unudulub.   Onu sürücü tapıb və  məktəbliyə aid olduğu öyrənilib.

“BakuBus” avtobusunun sürücüsü  Qafar Amanov   gün boyu o məktəblini soraqlayıb.

Nəhayət notbukun sahibi – məktəbli  tapılıb və  ona   sevimli devaysı  təqdim edilib.

Əlbəttə, sürücünün bu hərəkəti  təqdirəlayiqdir. Bununla belə, maraqlıdır, məktəblinin diqqətsizliyinə səbəb olan amillər nədən ibarətdir?!.  Bu, məktəblilərin, uşaq orqanizminin həddən ziyadə zehni yükələnməsinin təzahürü  ola bilərmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir