AKP, CHP, MHP və İYİ Partiyanın parlament qrupları birgə bəyanatla çıxış edib

Türkiyə  Böyük Millət Məclisində (TBMM) parlament fraksiyası  olan partiyalar  birgə bəyanatla İdlibdə Türk əsgərinə aviasiya hücumunu qınayıb.

AKP, CHP, MHP və İYİ Partiyanın parlamentdəki qrup rəhbərlərinin imzaladığı bəyanatda deyilir:

27 fevral 2020 gecəsi Suriyadakı Gərginliyi Azaltma Bölgəsində Türkiyə Silahlı Qüvvələrinə aid konvoya xain hücum nəticəsində 33 qəhrəman övladımız şəhid edilmiş, 32 övladımız yaralanmışdır. Acımız böyükdür. Millətimizin başı sağ olsun.

Bu alçaq və mənfur hücumu millət iradəsinin təmsilçisi  TBMM-də imzası olan  partiya qrupları olaraq şiddətlə və nifrətlə qınayırıq. Əsgərlərimizə  edilən hücuma qarşılıq vermək hüququnu özümüzdə saxlamaqla bölgədə yaşanan insani faciələrə mane olmaq üçün sözümün beynəlxalq hüququn dəstəklədiyi siyasi  metodlarla  həyata keçirilməsinin vacibliyini ifadə edirik.

Qəhrəman Türk Ordusunun  TBMM tərəfindən ona verilən vəzifənin hər zaman olduğu kimi bundan sonra da böyük bacarıqla gerçəkləşdirəcəyinə inamımız tamdır.

TBMM olaraq bizə əmanət edilən demokratik təmsil məsuliyyətini, partiya siyasətlərindəki fərqliliklərə baxmayaraq, yüksək ideallar uğrunda  birlik anlayışı ilə yerinə yetirəcəyimizi əziz millətimizə və dünya ictimaiyyətinə bir daha bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir